AZ

Xalq artisti baba oldu - FOTO

Xalq artisti Natiq Şirinov növbəti dəfə baba olub.
 
Ölkə.az xəbər verir ki, bu barədə sənətçinin oğlu Ümid Şirinov paylaşım edib. Yeni doğulan körpəyə xalq artistinin adı verilib:
 
"Bu gün dünyaya yeni bir Natiq Ritm gəldi...
Xalq artisti Natiq Şirinovun nəvəsi Natiq.
Mən Natiq oğlu idim, Allah mənə Natiq atası olmağı da nəsib etdi.
Şükür bu günümüzə, şükür bu gözəl nemətə.
Allah arzusunda olan hər kəsə bu sevinci yaşamağı qismət etsin. İnşallah!" ,  - deyə o qeyd edib.
 
Xatırladaq ki, Ümid özü də musiqiçidir və nağara ifaçısıdır. O, Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə evlidir. Ümid və Fatimə cütlüyünün bir qız övladı da var.
 
Billurə
 
Seçilən
107
50
olke.az

10Mənbələr