AZ

Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək

Yazını böyüt
Yazını kiçilt

Mayın 27–31-də olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Azərbaycan Mərkəzi Bankından Hafta.az-a bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

Banklar - https://uploads.cbar.az/press-releases/643c5203b83d38a8824187101.pdf

“Azərpoçt” MMC - https://uploads.cbar.az/press-releases/7135b81c7fc9ce9f237b85faa.pdf

Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/69353a8481e92121cd006a4c3.pdf

Seçilən
0
5
hafta.az

10Mənbələr