AZ

“Tesla”nın Hindistanda elektromobil istehsalı başlamadan bitdi FOTO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Tesla”nın Hindistan hökuməti ilə uzun illərdir davam edən danışıqları nəticəsiz başa çatıb. 

Avtosfer.az xəbər verir ki, hələ 5 il əvvəl şirkət burada öz komandasını qurmuşdu. Onlar rəsmi Dehlidən sınaq məqsədli satışlar üçün tarifləri aşağı salmağı xahiş edirdilər.

Bunun ardınca “Tesla” tədricən idxaldan istehsala keçəcəkdi. Lakin Hindistan hökuməti fərqli şərt irəli sürdü: əvvəl investisiya, sonra tariflərin azaldılması.

Marketinq araşdırmaları zamanı məlum oldu ki, Hindistan bazarında təchizat və logistika problemləri çox ciddidir. Yerli istehsalın maya dəyəri əhalinin alıcılıq qabiliyyətinə uyğun olmayacaq qədər yüksəkdir.

Başqa ölkələrdəki zavodların ən yaxşı halda 60 faiz gücü ilə işlədiyini nəzərə alan “Tesla” Hindistanda zavod tikməkdən birmənalı şəkildə imtina edib. Bununla yanaşı, şirkətin elektromobilləri 4 böyük şəhərdə fəaliyyət göstərən dilerlər vasitəsilə satılır.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
avtosfer.az

1Mənbələr