AZ

“300 min azərbaycanlı gəlir” iddiasına Paşinyandan cavab: “Üçbaşlı müharibə” partiyası...

Bu gün Ermənistanda 300 min azərbaycanlının Ermənistana gələcəyini iddia etmək istəyən qüvvələr var, amma biz bu qapını əbədi olaraq bağlamışıq.

Publika.az xəbər verir ki, bunu hakim “Mülkü Müqavilə” Partiyasının proporsional namizədlər siyahısına rəhbərlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan 26 mayda Kotayk bölgəsinin Tsaqkadzor şəhərində keçirilən seçki kampaniyası zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan Bakı, Sumqayıt, Gəncə və Qarabağı tərk edən ermənilərin geri qayıtmasını gündəmə gətirməməlidir, çünki bu, “güzgü gündəmləri”ni açacaq. O, bunu Qarabağdan gələn ermənilərə qarşı cinayət adlandırıb.

"Bu gün Qarabağdan gələnlərin Ermənistanda məskunlaşmasına kömək etmək üçün milyardlarla dollar xərcləyirik, amma “üçbaşlı müharibə” partiyası onların dinc yaşamaması üçün əlindən gələni edir", - Paşinyan bildirib.

Seçilən
31
publika.az

1Mənbələr