
İran İsraillə casusluq və kəşfiyyat əməkdaşlığı iddiası ilə daha bir nəfəri edam edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yarı-rəsmi “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Qulamrza Xani Şekrab İsraillə əməkdaşlıq etməkdə, həmçinin, təxribat şəbəkəsinə rəhbərlik etməkdə ittiham olunub.
1992-ci il təvəllüdlü Şekrab ölüm hökmünə məhkum edilsə də, bu günə qədər onun məhkəmə prosesi, məhkəmə vaxtı və yeri, seçdiyi vəkil və iş sənədləri ilə bağlı heç bir müstəqil məlumat dərc olunmayıb.