AZ

Deputat: Məhkəməyə inam güclü olarsa, o zaman...

"Məhkəmə hakimiyyəti dövlətin ən həssas və məsuliyyətli institutlarından biridir. İnsan bəzən son ümid kimi məhkəməyə müraciət edir. Çünki vətəndaş inanır ki, məhkəmə zalında onun səsi eşidiləcək, haqqı qorunacaq və qərar yalnız qanuna və vicdana əsaslanacaq.

Deputat kimi qəbulumda çoxlu şikayətçilər olur. Onların arasında illərlə ədalət axtaran insanlar var. Bəzilərinin müraciətlərini dinləyərkən görürəm ki, ciddi araşdırmaya ehtiyac var. Elə hallar olur ki, vətəndaş öz haqqını sübut edə bilmir və ya proseslərin uzun çəkməsi səbəbindən ümidsizliyə qapılır. Bu, bizi düşündürməlidir".

Azreform.info xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə hakimlərin təyinatı və vəzifədən azad edilməsi məsələsinin müzakirəsi zamanı deyib 

Onun sözlərinə görə, əlbəttə, biz anlayırıq ki, hakimlərin üzərinə böyük yük düşür. "İş sayı çoxdur, məsuliyyət ağırdır, vaxt məhduddur. Amma bu amillər heç vaxt əsas verməməlidir ki, bir insan haqsız yerə mühakimə olunsun və ya haqqı olan şəxs öz hüququnu bərpa edə bilməsin. Çünki məhkəmənin əsas missiyası yalnız qərar vermək deyil, ədaləti təmin etməkdir",-o əlavə edib.

Deputat bildirib ki, məhkəmə orqanının tam müstəqilliyi də burada xüsusi əhəmiyyət daşıyır:  "Hakim yalnız qanuna və öz vicdanına tabe olmalıdır. Ədalətli məhkəmə üçün cəmiyyətin ən böyük gözləntisi məhz budur. İnsanlar inanmalıdır ki, onların taleyi hər hansı təsirdən deyil, hüquqdan və obyektiv araşdırmadan asılıdır.

Eyni zamanda, onu da qeyd etməliyik ki, son illər məhkəmə-hüquq sistemində mühüm və müsbət irəliləyişlər var. Elektron məhkəmə sisteminin tətbiqi, şəffaflığın artırılması, hakim korpusunun yenilənməsi və islahatlar vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir. Bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir və davam etməlidir.

Bu gün təsdiq etdiyimiz hakimlərdən gözləntimiz böyükdür. Onlar yalnız qanunu tətbiq edən deyil, həm də ədalət hissini qoruyan insanlar olmalıdırlar. Çünki məhkəməyə inam güclü olduqca dövlətə inam da güclənəcək".

Mürtəza

Seçilən
4
6
azreform.info

7Mənbələr