AZ

Avropada yaşayan azərbaycanlılar minifutbol millisinin oyunlarına dəvət olunublar

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Minifutbol Federasiyası Avropada yaşayan soydaşlarımıza müraciət edib.

AZƏRTAC xəbər verir ki, 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatında mübarizə aparacaq yığmaya dəstək məqsədilə həmin şəhərdə və yaxın ölkələrdə yaşayan azərbaycanlılar oyunlara dəvət olunub.

Qeyd edilib ki, tribunalardakı dəstək komanda üçün əlavə motivasiya mənbəyi olacaq.

Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində ilk oyununu mayın 28-də Avstriyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Yığma mayın 29-da İtaliya ilə (17:45), mayın 30-da isə Fransa ilə (17:15) üz-üzə gələcək.

Bütün görüşlər Bratislavadakı “Tipos Arena”da təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azertag.az

2Mənbələr