AZ

Moldovadan Türkiyəyə və Ərdoğana qarşı sayğısız davranış

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin dəstəyi ilə Qaqauziyada tikilən kollec ətrafında yaranan mübahisə siyasi və geosiyasi qarşıdurmanın bir hissəsinə çevrilib...

Moldovanın cənubunda yerləşən Comrat şəhərində baş verənlər ölkədə mərkəz–region münasibətlərinin nə qədər gərgin olduğunu bir daha göstərdi.

Avtosfer.az “Nezavisimaya qazeta”(NQ) ya istinadən xəbər verir ki, Türkiyənin dəstəyi ilə tikilən yeni sənaye kollecinin taleyi ətrafında yaranan mübahisə artıq sadəcə təhsil məsələsi deyil, siyasi və geosiyasi qarşıdurmanın bir hissəsinə çevrilib.

“Kollec Qaqauziya üçün mühüm layihə hesab olunurdu. Türkdilli qaqauzlar bu təhsil ocağını öz gəncləri üçün yeni imkanlar qapısı kimi görürdü. Lakin gözləntilər özünü doğrultmadı. Kişinyovun qərarı ilə burada tədrisin yalnız rumın dilində aparılacağı açıqlandı. Halbuki Qaqauziyada ənənəvi olaraq təhsil əsasən rus və qismən qaqauz dillərində həyata keçirilir” deyə, xəbərdə bildirilir. Qeyd olunur ki, bu qərar muxtariyyətdə ciddi narazılıq doğurub. Yerli siyasətçilər bildirirlər ki, bu addım Qaqauziyanın xüsusi hüquqi statusunu pozur. Qanuna görə, regionda üç rəsmi dil – qaqauz, rus və moldov (rumın) dilləri tanınır və təhsil də bu dillərdə təşkil olunmalıdır. Onların fikrincə, yeni kollec bu prinsipə uyğun fəaliyyət göstərməli idi.

Məsələni daha da həssas edən amil isə siyasi kontekstdir.

Moldova prezidenti Maya Sandu son dövrlərdə ölkənin Rumıniya ilə birləşməsi ideyasını açıq şəkildə gündəmə gətirir. Bu isə xüsusilə rusdilli və muxtariyyət tərəfdarı olan Qaqauziyada narahatlıqla qarşılanır. Yerli elitalar hesab edir ki, dil siyasəti vasitəsilə regionun kimliyi dəyişdirilməyə çalışılır. Digər tərəfdən, layihənin arxasında Türkiyənin dayanması məsələyə əlavə geosiyasi çalar qatır. Aprel ayında Moldova prezidenti Maia Sandu Antalyada keçirilən Diplomatik Forumda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. Prezidentlər həmçinin iki ölkə arasındakı münasibətləri, o cümlədən Qaqauz muxtariyyətinin problemlərini müzakirə ediblər. Bildirilir ki, Sandu Ərdoğanla görüşündə Türkiyədə qardaş hesab edilən Qaqauzlar üçün tikilmiş kollecə onun adını verəcəyinə söz verib. Onun yeni təhsil müəssisəsində tədris dilini Qaqauz dilindən rumın dilinə keçirmək üçün Türkiyə prezidentindən icazə alıb-almadığı məlum deyil. Lakin Kişinyovda Prezident Sandunun təşəbbüsü ilə məhz bu iş görülüb.

"İndi Qaqauz gəncləri Türkiyənin Komratda tikdiyi Sənaye Kollecində təhsil ala bilməyəcəklər", - deyə Komrat bələdiyyə şurasının üzvü İvan Panea bildirib.

Panya iddia edir ki, "Valideynlərin, ictimaiyyətin və Qaqauziya nümayəndələrinin müraciətlərinə baxmayaraq, Kişinyov muxtar bölgə sakinlərinin mövqeyini faktiki olaraq görməzdən gəlib. Bu, Qaqauziyada şagirdlərin 95%-dən çoxunun hazırda rus dilində təhsil almasına baxmayaraq baş verir. Bu, gənclərimizin hüquqlarının birbaşa pozulması və rus dilinin rəsmi dillərdən biri olduğu Qaqauziyanın xüsusi statusuna etinasızlıqdır".

“Qaqauziyada baş verənlər təkcə bir təhsil müəssisəsinin dili ilə bağlı deyil. Bu, Moldova daxilində gedən daha böyük siyasi kursun göstəricisidir. Mərkəzi hakimiyyətin muxtariyyət üzərində nəzarəti artırmaq cəhdləri, seçki proseslərinə müdaxilə iddiaları və dil siyasətində dəyişikliklər regionda etimadı ciddi şəkildə sarsıdır. Nəticə etibarilə, Komratdakı kollec ətrafında yaranan qalmaqal Moldovanın gələcəyi ilə bağlı daha fundamental sualları gündəmə gətirir: ölkə müxtəlif kimlikləri qoruyan çoxtərəfli model üzrə inkişaf edəcək, yoxsa vahid milli kurs naminə daxili balans pozulacaq? Bu sualın cavabı isə təkcə Qaqauziya üçün deyil, bütün Moldova üçün həlledici olacaq” deyə, “NQ” sonda bildirir./musavat

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
avtosfer.az

2Mənbələr