AZ

Tarlada ucuz, Bakıda baha Qiyməti qaldıran kimlərdir?

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Kənd təsərrüfatı məhsullarının istehsalçıdan istehlakçıya qədər keçdiyi yol çoxsaylı mərhələlərdən ibarətdir və bu proses ərzində qiymətlərin bir neçə dəfə artması cəmiyyət üçün aktual iqtisadi məsələlərdən biridir. Məhsulun tarladan süfrəyə qədər olan mərhələlərində daşınma, saxlanma, vasitəçi zənciri və bazar mexanizmləri kimi amillər son qiymətə birbaşa təsir göstərir.Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən heyvan əti və bitkiçilik məhsullarının Bakı şəhərinə çatdırılması zəncirində bir sıra problemlər mövcuddur:"Bu barədə dəfələrlə yerli istehsalçılar bildirirlər ki, xüsusilə məhsul bolluğu dövründə belə onların satışı çətinləşir və bazarda vasitəçi rolunu oynayan şəxslər qiymət və satış prosesinə ciddi təsir göstərirlər. Nəticədə, istehsalçı birbaşa alıcıya çıxış imkanını itirir və satış prosesi daha mürəkkəb hala gəlir.Ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsaldan istehlaka qədər olan yolu bir neçə mərhələdən keçir. Məhsullar əvvəlcə topdansatış bazarlarına, daha sonra isə Bakı şəhərindəki əsas satış məntəqələrinə yönləndirilir. Bu proses zamanı daşınma, saxlanma, ekspertiza və digər xidmət xərcləri qiymətə əlavə olunur. Eyni zamanda, bazar infrastrukturunda birbaşa istehsalçı ilə istehlakçı arasında əlaqələrin zəif olması əlavə vasitəçi mərhələlərin yaranmasına səbəb olur".Ekspert deyib ki, iri təsərrüfatlarla müqayisədə fərdi təsərrüfatların bazara çıxış imkanları daha məhduddur: "Onların məhsullarının satış kanallarına çıxışı çox vaxt vasitəçilərdən asılı olur ki, bu da qiymətlərin formalaşmasına təsir göstərir. Eyni zamanda, bazar şəraitində icarə xərcləri, logistika və saxlanma xərcləri də son qiymətin artmasına səbəb olan amillər sırasındadır.Bu baxımdan, kənd təsərrüfatı məhsullarının bazara çıxış sisteminin təkmilləşdirilməsi, logistika infrastrukturunun gücləndirilməsi və istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır",- deyə o qeyd edib.Eyyub Hüseynovun sözlərinə görə, fərdi təsərrüfatların bazara çıxış imkanları iri şirkətlərlə müqayisədə məhduddur. Kiçik təsərrüfatların satış kanalları vasitəçilərdən asılı qalır. Bununla yanaşı, bazarlardakı yüksək icarə haqları, logistika və saxlanc xərcləri də son qiyməti artırır. Problemin həlli üçün logistika infrastrukturunun gücləndirilməsi və fermerlə alıcı arasında birbaşa əlaqənin qurulması vacibdir.Yəni, tarlada ucuz olan meyvə-tərəvəz və ət məhsulları şəhər bazarlarına gəlib çatana qədər yolda yaranan vasitəçilər, yol və mağaza kirayəsi xərcləri ucbatından marketlərdə və bazarlarda vətəndaşa baha qiymətə satılır.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
demokrat.az

2Mənbələr