Bakı, 26 may, AZƏRTAC
“Şamaxı” 5 futbolçusu ilə vidalaşıb.
Bu barədə AZƏRTAC-a klubdan məlumat verilib. Bildirilib ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla icarə müqavilələrinin müddəti başa çatıb və həmin futbolçular məxsus olduqları klublarına qayıdıb.