
Azərbaycanda ən yaşlı qadın və kişi seçici məlum olub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, ən yaşlı qadın seçici 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.
136 yaşlı Tamam Əzizova Lənkəran rayonu, 78 saylı Dairə Seçki Komissiyası (DSK), 38 saylı məntəqəsində qeydiyyatdadır.
Ən yaşlı kişi seçici isə 1920-ci il təvəllüdlü Hacıyev Fərrux Səməd oğludur.