AZ

Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenov yubileyinə kitab töhfəsi

26 May, 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində “Öz yerinin Səfiri” mövzusunda VII Avrasiya Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Forumu öz işinə başlayıb.

Publika.az xəbər verir ki, forum UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Bulat Utemuratov Fondunun təşkilatçılığı ilə baş tutub.

Görkəmli mütəfəkkir, şair və ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunan tədbir humanitar və elmi dialoqun genişləndirilməsi baxımından mühüm platformaya çevrilib.

Forumun açılışında Qazaxıstan Respublikası Baş nazirinin müavini, Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, , UNESCO-nun Almatıdakı Regional ofisinin Direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi Amir Piriç, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Bulat Utemuratov Fondunun Baş direktoru Aynur Karbozova çıxış edərək Oljas Süleymünovun mədəniyyətlərarası dialoqun inkişafındakı xidmətlərini vurğulayıblar.

Forumda onlayn və əyani formatda dünyanın müxtəlif ölkələrindən fəxri isimlər iştirak edir. Onların arasında: Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenov, Tatarıstan Respublikasının Dövlət Müşaviri Mintimer Şaymiyev, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Nobel Ədəbiyyat Mükafatı namizədi, tanınmış şair və dramaturq Timur Zülfiqarov yer alıb.

Seçilən
3
4
publika.az

7Mənbələr