Kanada millisinin müdafiəçisi Alfonso Devis 2026-cı il dünya çempionatında iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Cessi Marş məlumat verib.
Onun sözlərinə görə, 25 yaşlı futbolçunun mundialın ilk matçına hazır olması çətin görünür. Devis Çempionlar Liqasında PSJ-yə qarşı keçirilən oyunda zədələnib. Tibbi müayinədən sonra onda sol budun arxa nahiyəsinin zədəsi aşkarlanıb. Marş bildirib ki, futbolçunun Almaniyada qalmasının əsas səbəbi “Bavariya”nın tətbiq etdiyi xüsusi müalicə prosedurlarıdır.
“Bavariya” onu Almaniyada tətbiq edə bildikləri müəyyən protokollarla müalicə edir. Şimali Amerikada bunu etmək mümkün deyil. Buna görə də o, Almaniyada qalıb. Orada ala biləcəyi müasir müalicə üsulları var və bu, onun üçün faydalıdır.
Klub da ona böyük dəstək verir və dünya çempionatında iştirak etməsini istəyir. Düşünürəm ki, onlar həm klub, həm də ölkə üçün futbolçulara dəstəyin vacibliyini anlayırlar”, — deyə Marş ESPN-ə açıqlamasında bildirib.