AZ

Türkiyədən getdi, geri qayıtmadı – məşhur idmançının SONU ŞOK ETDİ



İranda keçmiş MMA çempionu və beynəlxalq hakim kimi tanınan Qulamrza Xani Şəkərabın edam edilməsi böyük rezonans doğurub. 34 yaşlı idmançının İsrail kəşfiyyatı ilə əməkdaşlıq və casusluq ittihamı ilə ölüm hökmünə məhkum edildiyi bildirilib.

Məlumata görə, uzun müddət Türkiyədə yaşayan Xani Şəkərab ötən il dini ziyarət məqsədilə İraqa yollanıb. Lakin səfər onun üçün faciə ilə nəticələnib. O, İraq ərazisində saxlanılaraq İran təhlükəsizlik qüvvələrinə təhvil verilib.

İddialara əsasən, idmançı haqqında çıxarılan hökm həbsxanada asılaraq icra olunub. Hadisə həm İran, həm də xarici mediada geniş müzakirələrə səbəb olub.

Qeyd olunur ki, onun qardaşı Esmail Xani də eyni dosye üzrə saxlanılıb. Hazırda onun Ərdəbil həbsxanasında siyasi ittihamlarla cəza çəkdiyi bildirilir.

Sosial şəbəkələrdə isə hadisə ilə bağlı fərqli reaksiyalar paylaşılır və işin pərdəarxası barədə müxtəlif iddialar səsləndirilir.



Seçilən
19
aia.az

1Mənbələr