AZ

Xavi “Milan”ın əsas namizədləri sırasındadır

BAKI, 26 may. TELEQRAF

“Milan” baş məşqçi postuna namizəd axtarışlarını davam etdirir.

Teleqraf “The Touchline” nəşrinə istinadla xəbər verir ki, İtaliya nəhəngi “Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandeslə maraqlanır.

Mənbənin iddiasına görə, Xavi hazırda “Milan” rəhbərliyinin əsas namizədlərindən biridir.

Bununla belə, “rossonyerlər”in siyahısında başqa adlar da var. “Milan”ın “Bornmut”un baş məşqçisi Andoni İraolanı da nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, “Milan” A Seriyasının son turunda “Kalyari”yə 1:2 hesabı ilə uduzduqdan və Çempionlar Liqasına vəsiqə qazana bilmədikdən sonra Massimiliano Alleqri ilə yollarını ayırıb.

Seçilən
17
teleqraf.com

1Mənbələr