"Biz yadların bizi yadlara qarşı istifadə etməsinə icazə verməməliyik".
"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası zamanı bildirib.
Onun sözlərinə görə, minillikdən danışarkən Ermənistan irəli baxmalı, ötən minilliyin dərslərindən nəticə çıxarmalıdır.
Paşinyan qeyd edib: "Keçmişin ən vacib dərsi odur ki, yadların bizi yadlara qarşı istifadə etməsinə icazə verən kimi, sonda kənara atılırıq, müdafiəsiz qalırıq".
O əlavə edib ki, Ermənistan öz qüvvələrindən yalnız öz təhlükəsizliyini, dövlətini, rifahını və azadlığını qorumaq üçün istifadə etməlidir.
"Cebheinfo.az"