ain.az, Fanat portalına istinadən məlumat yayır.
Birinci Liqa təmsilçisi "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyevin komandadakı taleyi qeyri-müəyyəndir. Komandanın qurucularından olan veteran futbolçu hazırki rəhbərliklə görüşdükdən sonra qərarını verəcək.
Bunu Fanat.Az-a 37 yaşlı yarımmüfafiəçi özü deyib:
"Açığı, durumum bəlli deyil. Son görüşdə mənə qalıb-getməyimlə bağlı heç nə deyilmədi. Amma Qurban bayramından sonra rəhbərliklə yenidən bir araya gəlib məsələmi müzakirə edəcəyik. Elnur Abdullayevin qəfil göndərilməsindən sonra mümkündür ki, mən də "Şahdağ Qusar"dan gedim. İyunun ilk günlərində gələcəyimə aydınlıq gətirəcəyəm".
Qeyd edək ki, Rahid "Səbail"dən ayrıldıqdan sonra 2023-cü ildən "Şahdağ Qusar"da çıxış edir. O, böyük futbola da məhz Qusar təmsilçisindən gəlib.
Mirağa
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.