AZ

Qaydaları tərsinə anlayan sürücü motosikletçi ilə mübahisə etdi VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtda iki sürücü arasında yaranan dialoq kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, Təbriz küçəsi ilə hərəkətdə olan motosiklet sürücüsü Firdovsi Məmmədov küçəsinə dönərkən dayanaraq piyada keçidindən istifadə edən qadına yol verib.

Bu zaman arxadan gələn 77-LZ-145 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü siqnal verərək motosiklet sürücüsündən hərəkəti davam etdirməsini istəyib. Daha sonra motosikletçi avtomobilin yanına yaxınlaşaraq siqnal verilməsinin səbəbini soruşub. “Volkswagen” sürücüsü “Yol sənindir, piyadaya qırmızı işıq yanırdı” sözlərini deyib.

Motosiklet sürücüsü isə cavabında həmin ərazidə piyada keçidinin işıqforla nizamlanmadığını, bu səbəbdən dönmə manevri zamanı piyadaya yol verməyin zəruri olduğunu bildirib.

Qeyd edək ki, sözügedən ərazidə piyada keçidi işıqforla tənzimlənmir. Qanunvericiliyə əsasən, nəqliyyat vasitəsi dönmə manevri etdikdə piyada keçidindən istifadə edən piyadaya yol verməlidir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
avtosfer.az

1Mənbələr