AZ

Qattuzo paytaxt klubuna baş məşqçi təyin olunur

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya millisindən ayrılan Cennaro Qattuzonun yeni iş yeri bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, sabiq dayaq yarımmüdafiəçisi "Latsio"nun baş məşqçi postunu tərk etməyə hazırlaşan Mauritsio Sarrinin yerini tutacaq. Mənbə Qattuzonun artıq "Latsio" bossları ilə şifahi razılığa gəldiyini diqqətə çatdırıb.

Romano daha öncə Roma təmsilçisinin rəhbərliyi ilə münasibəti pozulan 67 yaşlı Sarrinin "Atalanta"da Raffaele Palladinonu əvəzləyəcəyini bildirib.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
fanat.az

1Mənbələr