ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 26 may, AZƏRTAC
ABŞ-nin atəşkəs rejimini pozması Vaşinqtonun danışıqlar prosesinin iştirakçısı kimi etibarsızlığını nümayiş etdirir və Tehran heç bir təcavüzü cavabsız qoymayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “ABŞ atəşkəs elan edildikdən sonra qanunsuz və aqressiv hərəkətlərini davam etdirir. Son 48 saat ərzində İran ticarət gəmiləri dəfələrlə atəşə məruz qalıb. Pakistanın vasitəçiliyi ilə davam edən diplomatik proseslə eyni vaxtda həyata keçirilən bu aqressiv hərəkətlər ABŞ hakim elitasının etibarsızlığını bir daha nümayiş etdirir”, - deyə sənəddə bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.