AZ

Çapayevdə nəqliyyatın hərəkəti iflic olub

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Hazırda Bakıda qeyri-sabit hava şəraiti müşahidə olunur. Paytaxtın bir sıra ərazilərinə dolu düşür.

BAKU.WS xəbər verir ki, yağıntılı hava səbəbindən şəhərin bəzi mərkəzi küçələrində nəqliyyatın hərəkətində ciddi çətinlik yaranıb. Nərimanov rayonu, Çapayev istiqamətində, ADA Universitetinin yaxınlığında avtomobillərin hərəkəti demək olar ki, dayanıb.

Ərazidə svetaforların işləməməsi də vəziyyəti daha da çətinləşdirib. Nəticədə uzun tıxac yaranıb və sürücülər hərəkətdə problemlə üzləşiblər.

Hazırda paytaxtda qeyri-sabit hava şəraiti davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
baku.ws

1Mənbələr