AZ

"Sərnişinlərin bir hissəsi hər gediş zamanı ayrıca ödəniş etməyəcək" - Deputat

“Əksər inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda gündəlik, həftəlik, aylıq və digər müddətləri əhatə edən biletlərdən istifadə olunur. Bu, əslində vətəndaşlara, xüsusilə də ictimai nəqliyyatdan daha çox istifadə edən insanlara həm vəsaitə qənaət etmək, həm də ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artırmaq baxımından vacibdir. Biz də bununla bağlı təkliflərimizi mütəmadi olaraq aidiyyəti dövlət qurumlarına təqdim edirdik. Çünki Azərbaycanda da oxşar modelin tətbiq olunmasının tərəfdarıyıq".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

Onun sözlərinə görə, bu, ictimai nəqliyyatdan daha çox istifadə edən vətəndaşlar üçün qənaət imkanı deməkdir.

"Onlar müəyyən qədər vəsaitə qənaət edə biləcəklər. Çünki aylıq, həftəlik və ya günlük paketlərin qiyməti hesablanarkən birdəfəlik gedişhaqqı güzəştli şəkildə nəzərə alınır. Nəticədə ictimai nəqliyyatdan intensiv istifadə edən vətəndaşlar bu kartlardan yararlanaraq hər gediş üçün daha az vəsait ödəməklə ictimai nəqliyyatdan istifadə edə bilirlər. Ona görə də bu, təbii ki, qənaət deməkdir. Eyni zamanda bu sistem ictimai nəqliyyat sektoru üçün də səmərəlilik baxımından vacibdir. Çünki bu imkan verəcək ki, daha qısa müddətdə daha çox vəsait cəlb olunsun. Belə ki, sərnişinlərin bir hissəsi hər gediş zamanı ayrıca ödəniş etməyəcək, aylıq bilet aldıqları halda ödənişi əvvəlcədən həyata keçirəcəklər. Bu da ictimai nəqliyyat sistemində vəsaitlərin daha qısa müddətdə toplanmasına və investisiya imkanlarının artmasına müsbət təsir göstərəcək".

Xədicə BAXIŞLI

Seçilən
5
1
redaktor.az

2Mənbələr