AZ

Bayram günlərində də yağış yağacaq?

“Mayın 27-si, 28-i və 29-u bayram günlərində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 27-si səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var”.

Bunu Musavat.com-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, mülayim cənub-şərq küləyi əsəcək, 29-u axşam isə arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

“Havanın maksimal temperaturunun 23-28 dərəcə isti olacağı proqnozlaşdırılır. Bölgələrdə də əksər rayonlarda mayın 27-si və 28-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin 29-u axşam bəzi yerlərdə yağıntılı hava şəraiti, şimşək çaxacağı ehtimal edilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın maksimal temperaturu aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 15-20, bəzi yerlərdə 25 dərəcə isti olacaq”.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
63
9
musavat.com

10Mənbələr