AZ

Qurban kəsməyə imkanı çatanlar bunu bilməlidir

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Həcc ziyarətində olmasalar belə, imkanı, yəni maddi bacarığı olan hər bir şəxs üçün qurban kəsmək müstəhəbbi-müəkkəddir. Yəni təkid olunub, savabı var ki, buna imkanı, qüdrəti çatan kəs qurban kəssin."

Bu sözləri Ölkə.az-a açıqlamasında ilahiyyatçı Fərid Abdulla deyib.

"Əgər bir şəxsin qurbanlığın puluna imkanı çatsa, yəni əlində qurbanlıq almaq üçün pulu olsa, lakin kəsmək üçün heyvan tapa bilməsə, həmin məbləği sədəqə verməsi müstəhəbdir. Mənə tez-tez sual verirlər ki, məsələn, qurbanlıq üçün pulum var, onu kiminsə dərman xərcinə və ya başqa bir xeyir işə sərf edə bilərəmmi? Əgər siz nəzir, əhd və ya and kimi bir şərt etməmisinizsə, əlbəttə ki, ixtiyar sahibisiniz. İstəyərsiz o pulla qurban kəsərsiz və yaxud da ki, əgər zərurət yaransa və ya heyvan tapa bilməsəz, ya da daha bir önəmli bir xeyirə səbəb olacaq bir şey olsa, əlbəttə onun pulunu sədəqə də verə bilərsiniz və ya bu kimi işlərdə sərf edə bilərsiniz", - deyə o qeyd edib.

Həmidə ibrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
olke.az

2Mənbələr