
Ermənistan və ABŞ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio imzalayıblar.
Tərəflər həmçinin TRIP layihəsi çərçivəsində əməkdaşlıq haqqında çərçivə sazişi və mineralların hasilatı və emalı sahəsində çərçivə memorandumu imzalayıblar.