AZ

Köhnə estakada çökdü Ölənlər və xəsarət alanlar var VİDEO

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cənubi Koreyanın Seul şəhərində köhnə estakadanın dayaq konstruksiyasının qismən uçması nəticəsində üç nəfər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Hadisə zamanı dağıntılar altında qalan üç nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Uçqun baş verən əraziyə giriş məhdudlaşdırılıb, metro və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Cənubi Koreya prezidenti Li Çje Myon gələcəkdə analoji hadisələrin təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsini və araşdırma aparılmasını tapşırıb.

Seul polis idarəsi hadisə ilə bağlı təhqiqata başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
moderator.az

2Mənbələr