AZ

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

Azərbaycanda 2027–2030-cu illərdə örüş və otlaq sahələrinin effektiv idarə edilməsi sisteminin yaradılması və onların münbitliyinin bərpası nəzərdə tutulur. Bu məsələ “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, ölkədə örüş və otlaqların səmərəli idarə olunması məqsədilə rəqəmsal həllərin tətbiqi planlaşdırılır. Eyni zamanda, bu sahələrin elektron uçot sisteminin yaradılması və resurslardan daha şəffaf və məqsədyönlü istifadə olunması nəzərdə tutulur.

Bununla yanaşı, örüş və otlaqların münbitliyinin qorunması və bərpası üçün subsidiya mexanizminin tətbiqi də planlaşdırılır.

Qeyd olunur ki, sözügedən dövrdə ümumilikdə 480 min hektar örüş və otlaq sahəsinin münbitliyinin yaxşılaşdırılması hədəf kimi müəyyən edilib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
0
4
azerbaijan-news.az

6Mənbələr