AZ

Deputat: “Yeni proqramın icrası regionlarda iqtisadi fəallığı artıracaq”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. 

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Proqramın icra olunması Azərbaycan ərzaq təhlükəsizliyi, özünü təminat baxımından önəmlidir. 

2026-2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələri üzrə Dövlət Proqramı Azərbaycanın ərzaq təhlükəsizliyinə hansı real töhfələri verə bilər? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, yeni Dövlət Proqramı ölkənin ərzaq təminatında sabitliyi gücləndirən strateji addım kimi dəyərləndirilir: 

"2026-2030-cu illər üçün təsdiqlənən Dövlət Proqramı Azərbaycanın ərzaq təhlükəsizliyinə real töhfə verə bilər. Proqramın əsas əhəmiyyəti yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması və kənd təsərrüfatı məhsullarının emal imkanlarının genişləndirilməsi ilə bağlıdır". 

O qeyd edib ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrində, xüsusilə taxılçılıq və heyvandarlıqda istehsal həcminin artması gözlənilir: 

"Bu proqram çərçivəsində taxılçılıq, heyvandarlıq, balıqçılıq və akvakultura sahələrində məhsuldarlığın artırılması gözlənilir. Xüsusilə buğda və heyvandarlıq məhsulları üzrə daxili istehsalın güclənməsi ərzaq bazarında sabitliyə müsbət təsir göstərə bilər. Balıqçılıq və akvakulturanın inkişafı isə əhalinin keyfiyyətli protein məhsullarına çıxışını genişləndirə bilər". 

Deputat vurğulayıb ki, aqrar məhsulların emalı və dəyər zəncirinin genişləndirilməsi regionlarda iqtisadi aktivliyi və məşğulluğu artıra bilər: 

"Emal sahələrinin inkişafı da mühüm rol oynayacaq.  Məhsulların yalnız xammal kimi deyil, emal olunmuş formada bazara çıxarılması həm fermerlərin gəlirlərini artıra, həm də ərzaq itkilərini azalda bilər. Bu, regionlarda yeni iş yerlərinin yaranmasına və kənd yerlərində iqtisadi fəallığın artmasına şərait yaradacaq". 

Əfsanə Rəcəb 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr