AZ

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

Körfəz ölkələrinin pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına qarşı yeni müdafiə sistemi kimi lazer silahlarına marağı artır. Yaxın Şərqdəki gərginlikdən sonra bu texnologiyaya tələb daha da yüksəlib.

“Deutsche Welle” telekanalı məlumat verib. Birləşmiş Ərəb Əmirliklərində hava limanı yaxınlığında lazer sistemi görülüb. 

Lazer silahlarının yayılmasının əsas səbəblərindən biri dronların müharibələrdə çox istifadə olunmasıdır. Çünki ucuz dronları bahalı raketlərlə vurmaq iqtisadi baxımdan sərfəli deyil. Lazer silahlarında isə bir atışın qiymətinin cəmi 3-5 ABŞ dollarına başa gəldiyi bildirilir. Bu silahların bəzi üstünlükləri olsa da, problemləri də var. Lazer şüaları yağış, duman, toz və yüksək istilikdən təsirlənə bilir. Bundan başqa, sistemi hədəfə müəyyən müddət sabit saxlamaq lazımdır ki, dronu məhv edə bilsin.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr