AZ

ADPU da tədbir: Süni intellekt və innovasiyanın zirvəsi

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə

“Süni intellekt və innovasiyanın zirvəsi” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, ümumi işlər üzrə prorektor Tural Cəlilov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva süni intellektin elm və təhsil sahəsində yaratdığı imkanlardan bəhs edib. O, fakültədə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Tədbirin bədii hissəsində tələbələrin ifasında musiqi nömrələri təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
azertag.az

1Mənbələr