AZ

TRIPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Ermənistan və ABŞ arasında TRIPP ("Tramp marşrutu") layihəsi üzrə çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq.

Publika.az News.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə bu gün paraflanmış strateji əməkdaşlıq haqqında çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq", - o bildirib.

Mirzoyan bildirib ki, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb, lakin hər iki ölkədə başa çatdırılmalı olan texniki prosedurlar qalmaqdadır. "Bu prosedurlar bir neçə həftə ərzində başa çatdırılacaq və biz yekun sənədi imzalayacağıq", - nazir əlavə edib.

O qeyd edib ki, hazırlıq çərçivəsində daha bir sıra sənədlərin, xüsusən də TRIPP şirkətinin nizamnaməsinin imzalanması zəruridir.

Seçilən
21
4
publika.az

5Mənbələr