AZ

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO

Füzuli rayonu Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur. Bu sözləri TVM İnşaat Şirkətinin iş icraçısı Kənan Əliyev bildirib. 

Ekomühit.org xəbər verir ki, Füzuli rayonunun Dövlətyalı kəndində aparılan tikinti işləri “ağıllı kənd” konsepsiyası əsasında qurulur. Layihənin ilk mərhələsində 450 fərdi yaşayış evinin tikintisi “TVM İnşaat” şirkəti tərəfindən həyata keçirilir. 

Yeni salınan yaşayış massivində aparilan yenidənqurma işlərinə rəhbərlik edən “TVM İnşaat” şirkətinin icraçı nümayəndəsi Kənan Əliyev əməkdaşımıza bildirib ki, "yeni salınan yaşayış massivində bütün şərait qurulur. Vətəndaşlarımızın rahat yaşaması üçün  məktəb, uşaq bağçası, bazar, meydan və digər sosial infrastruktur obyektləri də bu yaşayış massivndə inşa olunur. Həyata keçirilən bütün layihələr yüksək keyfiyyətlə həyata keçirilir və bir neçə ayda təhvil veriləcək. Dövlətyalı kəndinin yenidən qurulması Qarabağda həyata keçirilən böyük qayıdış dövlət  proqramının tərkib hissəsidir və gələcəkdə yüzlərlə ailələrin doğma yurdlarına qayıdışına, dövlətimiz tərəfindən böyük şəraitin yaradılmasıdır. Bunun üçün də yerli sakinlərlə yanaşı şirkətimizin işçi heyyəti də Prezident İlham Əliyevə minntardır.

Dövlətyalı kəndinin yenidənqurma işlərində iştirak edən işçi qrupu və “TVM İnşaat” şirkətinin sahə rəisi də açıqlamasında bildirib ki, "kənddə alternativ enerji mənbələrindən istifadə edilməklə müasir su, qaz, elektrik və rabitə şəbəkələri qurulur. Daxili yollar və mühəndis-kommunikasiya xətləri də salınır. Tikinti prosesində işlər plan üzrə davam edir və artıq birinci layihənin yekunlaşdırılması mərhələsinə yaxınlaşırıq. Həmçinin işçilərin əməkhaqqı və yaşayış şəraiti ilə bağlı bütün məsələlərin rəhbərliyin xüsusi nəzarətindədir. Dövlətyalı kəndində aparılan quruculuq işləri bölgənin müasir yaşayış məntəqəsinə çevrilməsi istiqamətində dövlətimizin mühüm addımıdır.

Hazırladı:  Niyaməddin Hüseynov



Seçilən
25
1
paytaxt.org

2Mənbələr