Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yanvar ayından bəri “Barselona”da icarədə olan “Əl-Hilal”ın müdafiəçisi Joau Kanselu karyerasını Kataloniya klubunda davam etdirmək istəyir.
İdman.Biz bildirir ki, 31 yaşlı futbolçu "Blaugrana"da ən azı iki mövsüm keçirmək istəyir. Sport.es-in məlumatına görə, bundan sonra Kanselu “Benfika”ya qayıtmağı düşünür.
Mənbənin məlumatına görə, “Əl-Hilal” portuqaliyalı müdafiəçi üçün 10 milyon avro tələb edir. Kanselu “Barselona”da oynamaq üçün maaşının azaldılmasına hazırdır. Kataloniya klubu oyunçu ilə maraqlanır.
Kanselu 2023/2024 mövsümündə “blauqrana”da oynayıb. O, “Barselona”da 65 oyunda meydana çıxıb, altı qol vurub və doqquz məhsuldar ötürmə edib.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.