"Atletiko Madrid"in argentinalı hücumçusu Xulian Alvares yay transfer pəncərəsində İspaniya paytaxtını tərk etmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, "TeamTalk" idman portalının yaydığı məlumata görə, gənc qolçunun əsas xəyalı "Barselona"ya keçmək olsa da, Kataloniya klubunun mövcud maliyyə böhranı bu transferi qeyri-mümkün edir.
Madrid təmsilçisinin dünya çempionu üçün tələb etdiyi 100 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə isə digər iki nəhəng tam hazırdır.
İngiltərənin "Arsenal" və Fransanın "Paris Sen-Jermen" klubları Alvaresi heyətlərinə qatmaq üçün rəsmi danışıqlara başlamaq ərəfəsindədirlər.