Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Çelsi"nin müdafiəçisi Levi Kolvill karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" və "Real" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Sportsboom" məlumat yayıb.
Hər iki klub Kolvill üçün yayda hərəkətə keçməyi planlaşdırır. Premyer Liqa nəhəngi 23 yaşlı mərkəz müdafiəçisi üçün 90 milyon avro tələb edir.
Qeyd edək ki, Levi Kolvill "Çelsi"nin yetirilməsidir. İngiltərə millisinin üzvü başa çatan mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.