Könül Kərimova “Xəzər axşamı” verilişində bildirib ki, qazancının böyük hissəsini qab-qacaq almağa sərf edir. Onun sözlərinə görə, bu alış-veriş onun üçün bir növ hobbi və maraq sahəsidir.
Sənətçi qeyd edib ki, müxtəlif servizlər və bohemiya qabları toplamağı sevir və hazırda evində 5 qızın cehizinə kifayət edəcək qədər qab-qacaq olduğunu deyir.
O, qonaq getdiyi evlərdə də bəyəndiyi qabları diqqətlə izlədiyini, oxşarlarını tapıb aldığını, bəzən isə bu əşyaların ona hədiyyə olunduğunu da əlavə edib.