Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İspaniya nəhəngləri "Real Madrid" və "Barselona" müdafiə xətlərini gücləndirmək məqsədilə İngiltərə Premyer Liqasının ulduzuna eyni anda elçi düşüblər.
Fanat.Az "SportsBoom" portalına istinadən xəbər verir ki, hər iki klub "Çelsi"nin mərkəz müdafiəçisi Levi Kolvilli yayda heyətinə qatmaq üçün ciddi şəkildə rəqabət aparır.
Gənc ingilis müdafiəçinin karyerasını İspaniyada davam etdirməyə müsbət yanaşdığı bildirilsə də, London təmsilçisi onun satışı üçün olduqca yüksək məbləğ tələb edir.
"Zadəganlar"ın 23 yaşlı istedadlı oyunçu üçün qoyduğu transfer qiyməti təxminən 80 milyon funt-sterlinq civarındadır. İspaniya nəhənglərinin təqdim etməyi planlaşdırdığı 56 milyon funt-sterlinqlik ilkin təkliflərin isə London klubu tərəfindən dərhal rədd ediləcəyi vurğulanır.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.