AZ

Puerto Riko qubernatoru Qonzalez: ABŞ gələn həftə Kubaya hücum planlaşdırır

Porto Riko valisi: ABŞ gələn həftə Kubaya hücum edə bilər

Jenniffer Qonzalez yerli mediaya verdiyi açıqlamada ABŞ ordusunun yaxın günlərdə Kubaya qarşı hərbi əməliyyat planlaşdırdığını iddia edib.

Qubernatorun sözlərinə görə, 3 yanvarda Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilə zamanı Porto Riko ərazisindən istifadə olunub.

“Gələn həftə Kubaya qarşı hücum planlaşdırılır”, — deyə Qonzalez bildirib.

O qeyd edib ki, Vaşinqton hazırda Çin, Rusiya və İrana qarşı yeni “soyuq müharibə” siyasəti yürüdür.

“Bir neçə gün əvvələ qədər Venesuela ilə müharibənin içində idik, gələn həftə isə Kuba ilə qarşıdurma yaşayacağıq”, — deyə Porto Riko rəhbəri vurğulayıb.

Bundan əvvəl Bruno Rodriqes Parrilya də BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ni beynəlxalq sülh və təhlükəsizliyi pozmaqda ittiham etmişdi.

Seçilən
107
aznews.az

1Mənbələr