ain.az, Azertag saytına istinadən bildirir.
Düşənbə, 27 may, AZƏRTAC
Düşənbədə “Dayanıqlı inkişaf naminə su” 2018-2028-ci illər üzrə Beynəlxalq Fəaliyyət Onilliyinə həsr olunan 4-cü yüksəksəviyyəli Beynəlxalq konfransın ikinci günü keçirilib.
AZƏRTAC xəbər verir ki, yeni gün plenar iclasla başlayıb, daha sonra tematik sessiyalar təşkil olunub.
Tematik sessiyalar zamanı iştirakçılar insanların sudan istifadə hüququnu, su rifahına nail olunması yolları, su ekosistemlərinin qorunması, transsərhəd əməkdaşlıq, çoxtərəfli proseslərdə su gündəliyi, eləcə də su ehtiyatlarına investisiya məsələlərini müzakirə ediblər.
Müzakirələrdə onlarla ölkənin nümayəndələri, BMT, Dünya Bankı, UNICEF, UNESCO və AYİB kimi beynəlxalq təşkilatların təmsilçiləri, həmçinin ekspertlər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Düşənbə Su Prosesi çərçivəsində “Dayanıqlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə bundan əvvəl üç yüksəksəviyyəli konfrans - 2018, 2022 və 2024-cü illərdə keçirilib. Hazırkı konfrans 2026-cı ildə keçiriləcək BMT-nin Su Konfransına hazırlıq üzrə əsas tədbir olacaq. Həmin konfransa həmsədrliyi Seneqal və Birləşmiş Ərəb Əmirlikləri edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.