AZ

Çexiya klubunun 22 yaşlı hücumçusu dünyasını dəyişib

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Çeske Budeevise"nin hücumçusu Viktor Udo dünyasını dəyişib. Sport24.az BBC-yə istinadən xəbər verir ki, futbolçu Çexiyada mövsüm başa çatdıqdan sonra vətəni Nigeriyaya tətilə gəlib və evində ölü tapılıb. Oktyabr ayında onun 22 yaşı tamam olacaqdı.

Mənbənin sözlərinə görə, futbolçu axşam dostları ilə şam yeməyindən sonra mədə ağrıları şikayət edib. Hələ ki, onun nədən vəfat etdiyi dəqiq məlum deyil. 

Qeyd edək ki, Udo karyerası ərzində Belçikada "Antverpen"in, İngiltərədə isə "Sautqempton"un gənclər komandasının formasını geyinib. Hər iki klub sosial media səhifələrində başsağlığı verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
sport24.az

1Mənbələr