AZ

KİV: Respublikaçılar Trampı İranla tələsik sazişdən çəkindirməyə çalışırlar

ABŞ-da bəzi nüfuzlu respublikaçı qanunvericilər Prezident Donald Tramp administrasiyasını İranla sülh sazişinin tələsik bağlanmasından çəkindirməyə çalışırlar.

Bu barədə “Politico” qəzeti yazıb.

Nəşrin məlumatına görə, respublikaçılar Vaşinqton üçün əlverişsiz şərtlərlə razılaşmanın əldə olunacağından ehtiyat edirlər.

Qeyd olunub ki, əsas mübahisəli məsələlərdən biri İranın nüvə proqramının gələcəyi, o cümlədən yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasıdır.

Nəşr yazır ki, bir sıra nüfuzlu respublikaçılar administrasiyanı İranla danışıqlardan və təzyiq siyasətindən imtina etməyə çağırır.

Onların arasında Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker də var. O daha əvvəl İrana qarşı bombardmanların bərpasına çağırmışdı.

Şimali Karolina ştatından senator Tom Tillis isə administrasiyanın İranla mümkün razılaşmalar barədə “çox şeyi izah etməli olduğunu” bildirib.

Seçilən
51
apa.az

1Mənbələr