AZ

Yevlaxda baba və nəvəsini avtomobil vurdu: Ölən var

Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.

AzEdu.az "Report"a istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi - 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub.

Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. Əliyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Seçilən
24
3
azedu.az

4Mənbələr