AZ

108 yaşlı Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

1918- ci il mayın 28- də - 108 il əvvəl müsəlman aləmində ilk demokratik, hüquqi, dünyəvi respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. . İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, Milli Ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur;Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.SSRİ-nin süqutundan sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Müstəqilliyimizin ilk illərində ölkədə baş vermiş qarşıdurma, xarici anti-Azərbaycan qüvvələrin ölkə daxilindəki xəyanətkarlarla birləşməsi nəticəsində siyasi gərginlik getdikcə dərinləşirdi. Yenicə əldə etdiyimiz müstəqillik uçurumun bir addımlığına yaxınlaşmışdı. Belə çətin və son dərəcə mürəkkəb bir dövrdə xalqın ümid yeri dünya şöhrətli siyasi xadim Heydər Əliyev idi. Ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri Ulu öndər Heydər Əliyevin respublikanı məhv olmaqdan xilas etmək üçün təkidlə xahiş etdilər. Xalqın xahişini yerinə yetirməyi özünə borc bilən Ulu öndər önrünün qalan hissəsni Azərbaycanın dirçəlməsinə, Vətənin inkişafına, milli dövlətçiliyin formalaşmasına həsr edəcəyinə razılıq verdi. Sonralar Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi.XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir iş idi. Həmin dövrdə bir tərfdən Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü və daxili münaqişələr, digər tərəfdən xaricdəki anti-Azərbaycan qüvvələrin təzyiqi ölkəni çətin vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə çağrılan sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar verildi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq Naxçıvan Ali Məclisində qaldırılıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır.Ulu Öndərimizin əsasını qoyduğu siyasətin onun ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasında və getdikcə daha da möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.2007-ci il mayın 25- də Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılmışdır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. Bunlardan əlavə, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolunun dərindən öyrənilməsinə xidmət etmişdir. Daha bir qürurverici hadisı isə Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın təsis edilməsi olunmuşdur.Son 23 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil respublikamız inkişafın bütün sahələrində ən yüksək nəticələrə imza atıb, iqtisadi müstəqilliyimiz tam təmin edilib. Ən əsası isə, məhz dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xaraklterli antiterror tədbirləri zamanı qazandığı şanlı qələbələr sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyi bacardı və dünyada qalib dövlətə çevrildi. Bundan sonra Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı və bölgənin lider dövləti statusunu tam olaraq legitimləşdirdi.Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş bütün ərazilərimizdə də dalğalanması Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.Çingiz Qənizadə,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
demokrat.az

5Mənbələr