AZ

WSJ: “Tehran danışıqları davam etdirmək üçün hücumları görməzdən gəlib”-iddia...



"The Wall Street Journal" yazır ki, İran hökuməti ABŞ-nin SEPAH-ın katerlərinə endirdiyi zərbələrə baxmayaraq, danışıqlar prosesini davam etdirmək qərarına gəlib. Qəzetin məlumatına görə, Tehran danışıqlar yolu ilə əldə etmək istədiyi maliyyə resurslarına ciddi ehtiyac duyduğu üçün hərbi hücumların prosesi dayandırmasına imkan verməyib. Məqalədə bildirilir ki, ABŞ-nin bazar ertəsi gecəsi həyata keçirdiyi hücum nəticəsində SEPAH üzvlərindən bir neçəsi həlak olub. Bununla belə, İran tərəfi danışıqlara zərər verməmək üçün bu məlumatın açıqlanmasını gecikdirib. İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqer Qalibaf hücumlardan sonra da Dohada müzakirələri davam etdirib. Məlumata əsasən, Pakistan, Qətər və Misir də daxil olmaqla vasitəçi ölkələr tərəflər arasında fikir ayrılıqlarını azaltmağa çalışırlar. İRADƏ
Seçilən
72
baki-xeber.com

1Mənbələr