AZ

Qurban fəda etmek deməkdir, qoyun kəsmək YOX

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Aktyor Elməddin Cəfərov açıqlaması ilə sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Sənətçi "Qurban bayramı" ilə bağlı səsləndirdiyi fikirlərlə geniş müzakirələrə səbəb olub. O bildirib ki, insanlar qurban anlayışına yalnız heyvan kəsmək kimi yanaşmamalıdırlar.

Cəfərov qeyd edib ki, araşdırmalarından sonra "qurban" sözünün mənasının fədakarlıq etmək olduğunu öyrənib:

"Qurban bayramı"nda milyonlarla qoyun kəsirik. Ehtiyac olsa da, olmasa da bunu özümüzə borc bilirik. Araşdırıb bildim ki, "qurban" fəda etmək deməkdir, təkcə qoyun kəsmək yox. "Özünüzdən nəyisə qurban edin" deyiləndə ağıla yalnız qoç gəlməməlidir. Kiməsə sadəcə ət vermək məcburiyyətində deyilsiniz. Bəlkə onun bu gün ətə yox, çörəyə və ya maddi köməyə ehtiyacı var. Qoyunun ətinə veriləcək pulu ona verin, çətinlikdən xilas olsun. Biz əslində o addımları qarşıdakını yox, özümüzü xilas etmək üçün atırıq".

Onun bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər aktyorun düşüncələrini dəstəkləsələr də, digərləri ənənəvi qurban ibadətinin fərqli şəkildə yozulmasına etiraz ediblər.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
news.milli.az

1Mənbələr