Demokrat.az xəbər verir ki, bu sözləri Təzəpir məscidində jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.
"Arzu edirəm ki, dünyada baş verən müharibələr, qan tökülməsi dayansın, uşaqların öldürülməsi, insanların əziyyət çəkməsi sona çatsın. Dünyada sülh və əmin-amanlıq bərpa olunsun. Allah hər kəsə firavan və təhlükəsiz həyat nəsib etsin”, - o əlavə edib.
Demokrat.az