Türkiyədə yaşayan yaşlı kişinin açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb.
Bakıvaxtı.az xəbər verir ki, o, 136 yaşında olduğunu iddia edərək böyük ailəsi ilə diqqət çəkib.
Yayılan görüntülərdə kişi 27 oğlunun, 7 qızının və 500-dən çox nəvəsinin olduğunu bildirib. Onun söylədiyi rəqəmlər izləyicilər arasında təəccüb doğurub və geniş müzakirələrə səbəb olub.
Sosial media istifadəçiləri paylaşımın altında müxtəlif rəylər yazıblar. Bəziləri kişinin enerjili görünüşünü diqqətə çatdırıb, digərləri isə deyilən yaşın həqiqiliyi ilə bağlı suallar səsləndiriblər.
Qısa zamanda yayılan video platformalarda böyük maraq doğuraraq minlərlə baxış toplayıb./Milli.az