AZ

Almaniya kəşfiyyatı saentoloqlara ayrıca nəzarəti dayandırır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Almaniyanın Federal Konstitusiyanı Mühafizə İdarəsi (daxili əks-kəşfiyyat qurumu) təxminən 30 ilə yaxın davam edən Saentologiya Kilsəsinə ayrıca nəzarəti dayandırır.

Bizimyol.info xəbər verir ki, Almaniya əks-kəşfiyyatının açıqlamasına görə, bu qərarın səbəbi təşkilatın “son illərdə federal səviyyədə əhəmiyyətini itirməsi” olub.

Bununla yanaşı, qurum vurğulayıb ki, saentoloqların fəaliyyətinə nəzarət tamamilə dayandırılmayacaq. Əks-kəşfiyyat ölkənin azad demokratik quruluşuna təhlükə yarada biləcək mümkün fəaliyyətləri izləməyə davam edəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Qurumun son hesabatında Saentologiya Kilsəsi yenə də tənqid olunub. Xüsusilə qeyd edilib ki, təşkilat öz təsir dairəsini genişləndirməyə çalışır və onun “saentoloji elitası”na əsaslanan idarəetmə modeli demokratik prinsiplərlə uzlaşmır.

Federal əks-kəşfiyyatın qərarına baxmayaraq, Almaniyanın bəzi federal torpaqları təşkilata nəzarəti davam etdirmək niyyətindədir. Hamburq əks-kəşfiyyatının rəhbəri Torsten Foss bildirib ki, şəhərdə saentoloqlar nəzarətdə saxlanılacaq, çünki hərəkatın Almaniyadakı baş qərargahı məhz burada yerləşir.

Bavariya hakimiyyəti də müşahidələrin davam etdiriləcəyini açıqlayıb. Federal torpağın Konstitusiyanı Mühafizə İdarəsi nəzarətin “əlavə göstəriş verilənədək” qüvvədə qalacağını bəyan edib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr