AZ

Vens: COVID fondundan oğurlanan milyardlarla dollar geri qaytarılıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ administrasiyası yanında fəaliyyət göstərən xüsusi işçi qrupu amerikalı vergi ödəyicilərindən milyardlarla dolların oğurlanmasına səbəb olmuş iri maliyyə fırıldaqlarını üzə çıxarıb.

Bizimyol.info xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens son iki ay ərzində dövlət nəzarətinə qaytarılan vəsaitlərin həcmi barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları və auditorlar kiçik biznesin dəstəklənməsi üçün ayrılmış saxta kreditlərdən geri alınmaq məqsədilə 22 milyard dollardan çox vəsaiti yenidən ABŞ Maliyyə Nazirliyinə qaytarmağa nail olublar.

Bundan əlavə, sosial yardım proqramlarının yoxlanılması çərçivəsində ABŞ hakimiyyəti Medicaid tibbi sığorta sistemi üzrə saxta kompensasiyalarla bağlı 1,3 milyard dollardan artıq ödənişi dayandırıb.

Vens vurğulayıb ki, dövlət COVID pandemiyasının başlanmasından sonra yaranmış geniş sui-istifadə imkanları səbəbindən mənimsənilən ümumilikdə 135 milyard dollarlıq vəsaitin geri qaytarılması istiqamətində iş aparır.

Araşdırma zamanı ümumi dəyəri 6,3 milyard dollar olan şübhəli dövlət müqavilələri də aşkarlanıb.

Agentliyin vitse-prezidentin açıqlamasına istinadən yaydığı məlumata görə, bu şübhəli müqavilələrin əksəriyyəti əvvəlki administrasiyanın fəaliyyəti dövründə bağlanıb.

Hazırkı yoxlamaların əsas məqsədi korrupsiya sxemlərini tam aradan qaldırmaq və ABŞ iqtisadiyyatını sabitləşdirməkdir.

Hazırda işçi qrupu dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi ilə bağlı yeni halları aşkar etmək üçün məlumat bazalarının təhlilini davam etdirir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
icma.az

1Mənbələr