ABŞ-ın sabiq prezidenti Co Bayden ABŞ Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.
Musavat.com xəbər verir ki, o, 2016-2017-ci illərdə onun xatirələrinin müəllifi ilə söhbətlərinin səs yazılarının yayımlanmasının qarşısını almaq istəyir.
İddia ərizəsində Bayden həmin söhbətlərdə xərçəng xəstəliyindən vəfat edən böyük oğlu ilə bağlı şəxsi məlumatların olduğunu və onların yayılmasını istəmədiyini qeyd edib.
Keçmiş prezident Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin onun memuarlarının müəllifi ilə 2016 və 2017-ci illərdəki söhbətlərinin səs yazılarını əldə etməsinə qarşıdır. Demokratın sözlərinə görə, səs yazıları kitabın hazırlanması prosesinin bir hissəsi olub və tez-tez həssas mövzuları əhatə edib. Bayden böyük oğlu Bo-nun 2015-ci ildə xərçəngdən öldüyünü və memuarların müəllifi ilə aparılan müzakirələrdə bununla bağlı söhbətlərin də olduğunu xatırladıb.
Hazırkı prezident Donald Tramp Baydenin tələbinə dərhal reaksiya verərək onu “qeyri-səmimi prezident” adlandırıb.
Musavat.com